“Daha çox çalışmaq, qələbələr qazanmaq lazımdır”

09.06.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək. Yığma Avstriya toplanışı çərçivəsində San Marino ilə üz-üzə gələcək.

Milli hazırlıqdakı ilk sınağında Maltaya uduzub – 0:2.

Veteran futbolçu Elmar Baxşıyev “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Yoldaşlıq oyunları komandanı görmək üçün faydalıdır. Nəticədən çox, xəttlərarası əlaqələri yaxşılaşdırması bu matçlarda daha mühümdür. Məğlubiyyət varsa, deməli, səhvlər də var. Bunlar üzərində işləmək lazımdır. Müdafiədə edilən səhvlər yekunda uduzmağımıza səbəb oldu”.

Mütəxəssis San Marino ilə matçla bağlı fikirlərini bölüşdü:

“Daha çox çalışmaq, qələbələr qazanmaq lazımdır. Hər uğurun arxasında qalibiyyətlər dayanır. Buna görə də San Marinoya qarşı matçın önəmi var. Həm yaxşı oyun, həm də qələbəyə ehtiyac var. Gələcəyə pozitiv baxmaq üçün stabil nəticələr lazımdır”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью