Icma.az, Fanat portalına istinadən məlumat verir.
Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşləri start götürüb.
Fanat.Az xəbər verir ki, əvvəlcə "Sumqayıt" öz meydanında "Zirə"ni sınağa çəkib. Çempionatda da avrokubok mübarizəsini davam etdirən komandaların duelində qapılara qol vurulmayıb.
Qonaqların baş məşqçisi Rəşad Sadıqovun oyunla bağlı fikirlərini təqdim edirik:
"Daha çox dominant tərəf biz idik.Təəssüflər olsun ki, fərqlənə bilmədik. Bəlkə də bu gün 1-2 qol vursaydıq, cavab matçına daha rahat hazırlaşardıq. Noyabrdan bəri qələbə qazana bilməməyimiz barədə düşünmürük, bu, təzyiq yaratmır. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam. İndi bütün fikrimizi 3 gündən sonra keçiriləcək çempionat oyununa yönəldəcəyik. Çalışacağıq ki, bizə vacib olan qələbəni orada qazanaq".