Daha çox gəlir üçün Mercedes dən boz ata keçin Lukaşenko

28.02.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Belarus prezidenti Aleksandr Lukaşenko gəliri artırmaq üçün istehsalçılara "Mercedes"dən ata keçməyi təklif edib. 

"Unikal" BELTA-ya istinadən xəbər verir ki, bu barədə o, qiymətlərin tənzimlənməsi məsələlərinə həsr olunmuş iclasda bildirib. 

"İstehsal edən müəssisələr ədalətli adekvat mənfəəti nəzərə almalıdır. Ancaq mənfəət qiymətdən minus xərclərdir. Daha çox gəlir əldə etmək istəyirsinizsə, "Mercedes"dən boz ata keçin. Mən xalqın dilində danışıram", - deyə Lukaşenko açıqlayıb. 

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью