Daha çox qol vura bilərdik HansDiter Flik

27.11.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Brest" üzərində qazandıqları böyükhesablı qələbəni (3:0) şərh edib.

Fanat.Az xəbər verir ki, alman mütəxəssisin sözlərini "Marca" belə çatdırıb:

"Layiqli qələbə qazandıq. Daha çox qol vura bilərdik, amma istənilən halda, nəticədən razıyam. Yaxşı ki, "Selta" ilə oyundan sonra belə çıxış etdik. Görünən budur ki, həmin matçdan düzgün nəticə çıxarmışıq".

Xatırladaq ki, "Barselona" İspaniya La Liqasında "Real Sosyedad"a 0:1 hesabı ilə uduzandan sonra "Selta" ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.

ÇL-in Liqa mərhələsində 5 oyuna 12 xal toplayan "blauqrana" 2-ci yerdə mövqe tutub.

Nihat 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью