“Daha çox qol vura bilərdik” Kurban Berdıyev

25.01.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Daha çox qol vura bilərdik” - Kurban Berdıyev

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində “Turan Tovuz” klubu “Sumqayıt”la qarşılaşıb. Görüş Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

QOL.az xəbər verir ki, oyundan sonra “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev matçla bağlı fikirlərini bölüşüb.

Mütəxəssis matçın gərgin keçməsini yaradılan imkanların tam dəyərləndirilməməsi ilə əlaqələndirib. O, yaxşı qol epizodlarının olduğunu, lakin ikinci qolun gecikməsinin işləri çətinləşdirdiyini bildirib:

"İkinci qolu vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı. Çünki yaxşı qol epizodlarımız var idi. Futbolçulara təşəkkür edirəm, çünki oyunun gedişində vəziyyəti düzəldə bildilər".

Komandanın qış fasiləsindəki hazırlığı və hazırkı durumu barədə sualı cavablandıran baş məşqçi qısa və konkret danışıb:

"Yaxşı məşq etdik, şərait də yaxşı idi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью