futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İmişli” Misli Premyer Liqasında 11 turdan sonra 11 xalla 8-ci sırada qərarlaşıb.
Bölgə təmsilçisinin hücumçusu Dieqo Almeyda mövsümlə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Çempionatın ilk dövrəsindəki çıxışınızı necə dəyərləndirirsiniz?
– Normal nəticədir. Amma əsas hədəflərimizdən biri turnir cədvəlində yuxarı pillələrdə qərarlaşmaqdır. Xal ehtiyatımızı artırmaq istəyirik.
– Komanda mövsümə yaxşı başlamadı. Bu uğursuz startın səbəbi nə idi?
– Çempionatının əvvəlində belə hallar olur. Sonradan toparlandıq və xallarımızı qazanmaqda davam etdik və qarşıdakı oyunlarda da əlimizdən gələni edəcəyik.
– Sizcə, bu fasilə komandanın xeyrinə olacaq?
– Bəli. Dövrəyə hazırlaşırıq və çatışmazlıqlarımızı aradan qaldırmağa çalışırıq.
– Bu mövsüm qarşınıza hansı hədəfləri qoymusunuz?
– Yaxşı nəticələrimizlə azarkeşlərimizi sevindirmək istəyirik. Qələbə sayımızı artırmaq arzusundayıq.
– Performansınızı necə qiymətləndirirsiniz?
– Çempionatda komandamızın ən çox qol vuran oyunçusuyam. Ötən mövsüm də belə idi. Buna görə də bu, normaldır. Bununla belə, daha çox qol vurmaq istəyirəm. Bunun üçündə çox çalışıram.
Şahin Cəfərov