Daha çox transfer edəcəyik Sumqayıt ın baş məşqçisi

10.08.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu yay serbiyalı mütəxəssis Saşa İliçlə vidalaşan "Sumqayıt" rəhbərliyi komandanı portuqaliyalı Filipe Kandiduya tapşırdı. Təbii ki, Kandidunun nə dərəcədə uğurlu seçim olduğunu yeni mövsümün gedişində görəcəyik. Baş məşqçi postuna gətiriləndən sonra 3 yeni transfer edən əcnəbi çalışdırıcıya bir neçə sual ünvanladıq.

Onun Fanat.Az-ın əməkdaşı ilə dialoqu belə alındı:

- Heyəti formalaşdıra bilmisinizmi?
- Xeyr. Heyət hələ tam formalaşmayıb.

-  Yaxşı, o zaman komanda yeni mövsümə nə dərəcədə və sizcə, neçə faiz hazırdır?
- Faizlərlə danışmaq çətindir, lakin bu komandanın istədiyim səviyyəyə çatması üçün vaxta ehtiyacı olacaq.

-  Çempionatın startına qədər yeni transferlər olacaqmı?
-  Bu, transfer bazarından asılı olacaq, amma bəli, daha çox transfer edəcəyik. Komandanı gücləndirməliyik.

- Hansı mövqeləri?
- Çox güman ki, yarımmüdafiə və hücum xətlərini.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью