“Daha çox yazın, Leyla xanım“ Fulya Öztürk VİDEO

15.11.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin tanınmış jurnalisti Fulya Öztürk Antalyada COP-31 çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bir araya gəlib. 

Moderator.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib:

"Bu gün Antalyada COP-31-də çox dəyərli Leyla Əliyeva ilə görüşdüyüm üçün çox xoşbəxt idim... Videodakı mahnının sözlərini o yazıb... İlk dəfə eşidəndə çox təsirləndim, hətta ağladım... İlahi təslimiyyətdən bəhs edən bu mahnını yalnız dərin bir ürək yaza bilərdi... Leyla Əliyeva çox xüsusi bir ruhdur, çox gözəl bir insandır. Daha çox yazın, Leyla xanım...".

Qeyd edək ki, videoda səsləndirilən bəstə Leyla Əliyevanın sözlərinə yazılmış, Xalq artisti Aygün Kazımova tərəfindən ifa edilən "Bilirəm" mahnısıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью