Daha iki Azərbaycan boksçusu Drakula Open ə qələbə ilə başladı

20.02.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turniri davam edir.

Fanat.Az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.

Boksçularımızdan Nihat Qasımov (51 kq) 1/8 finalda Kristian Serbanı (Rumıniya) sınağa çəkib. Görüş təmsilçimizin 5:0 (29:27, 29:27, 30:26, 30:26, 30:26) hesablı qələbəsi ilə başa çatıb. Qasımov 1/4 finalda ilk mərhələdən azad olan Maksim Maşevki (Ukrayna) ilə üz-üzə gələcək.

Zidan Hümbətov (54 kq) da turnirə qələbə ilə start verib. O, rumıniyalı Emzar Qransianı ilk raundda tam üstünlüklə məğlub edib. Hümbətov 1/4 finalda Roman Spakla (Moldova) qarşılaşacaq.

“Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью