Daha iki hakim təqaüdə göndərildi

25.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Azərbaycanda daha iki hakim təqaüdə göndərilib.

Teleqraf.com xəbər verir ki, bunlar Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədov və Sabirabad Rayon Məhkəməsinin hakimi Füzuli Pənahovdur.

Bundan əvvəl isə Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Mehparə Əhmədova, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov və Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun təqaüdə yola salınmışdılar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью