Daha iki komandaya texniki məğlubiyyət verildi

26.01.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Daha iki komandaya texniki məğlubiyyət verildi

AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

QOL.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Yanvarın 18-nə təyin olunan Region Liqasının “Hacıqabul” – “Bakı TFK” matçı qonaqların oyuna gəlməməsi səbəbindən baş tutmayıb. Nəticədə “Bakı TFK” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmin gün Yüksək Qızlar Liqasında keçirilməli olan “Zaqatala QFK” – “Baku Juniors” qarşılaşmasında da qonaqlar təyin olunan vaxtda meydanda olmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью