Daha iki küçədə piyada keçidləri yeniləndi FOTOLAR

02.12.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtda piyada keçidlərinin yenilənməsi davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, piyadaların təhlükəsizliyi və rahat hərəkəti, eyni zamanda aparılan təhlillər və vətəndaş müraciətləri nəzərə alınaraq Günəşli qəsəbəsi, General Əliağa Şıxlinski küçəsində yerləşən 264 və 171 nömrəli tam orta məktəblərin yaxınlığında və Qaraçuxur qəsəbəsi, Etibar Bəkirov küçəsində piyada keçidləri yenilənib.

Bununla da həmin ünvandan istifadə edən piyadaların təhlükəsizliyi təmin edilib.

Şəhərdə piyada hərəkətinin təhlükəsiz və rahat olması üçün tədbirlər davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью