Daha iki nəfər dəm qazının qurbanı oldu

29.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Qubada kişi dəm qazından boğularaq ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Asəf Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək vəfat edib.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

X X X

İmişli sakini bədbəxt hadisənin qurbanı olub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə Bakı şəhərində qeydə alınıb.

Belə ki, 26 yaşlı Məmiyev Ramazan Rafiq oğlu dəm qazının qurbanı olub.

Məlumata görə, mərhum Qazaxıstanda işləyirmiş. O, 10 gün öncə sənədlərini düzəltdirmək üçün Azərbaycana gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью