Daha iki ölkəyə səfir təyin edildi

20.12.2024

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib.

Globalinfo.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədə əsasən, bu vəzifəyə Məmməd Bahəddin oğlu Əhmədzadə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Niderlandda səfiri Rəhman Mustafayev 2024-cü ilin oktyabrında vəzifəsindən geri çağırılaraq, Rusiyada Azərbaycanın səfiri vəzifəsinə təyin edilib.

X X X

Ramil Əbil oğlu Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью