Daha iki özəl ali təhsil müəssisəsi akkreditasiyadan keçib

23.01.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycanda daha iki özəl ali təhsil müəssisəsi akkreditasiyadan keçib. SİA xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Qərbi Kaspi Universiteti və Bakı Biznes Universitetinə institusional akkreditasiya şəhadətnamələri təqdim olunub.

Bununla bağlı keçirilən tədbirdə akkreditasiya şəhadətnamələrini TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov təqdim edib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Turizm və Menecment Universitetinə qeyd olunan şəhadətnamə verilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью