Daha kiçik Galenvagen lər istehsal olunacaq

24.03.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Dünyaya sonuncu İran şahı Rza Şah Pəhləvidən yadigar qalan "G-Class" "Mercedes" şirkətinin əsl simvolu rolunu oynayır.

Milli.Az xəbər verir ki, "Maybach G650 Landaulet", "4x4 Squared" və 6x6 kimi xüsusi versiyaları istisna olmaqla, "Mercedes" indiyə qədər "G-Class" ailəsini kifayət qədər toxunulmaz saxlamağa çalışıb.

İstehsalçı artıq modellə bağlı bu mövqedən əl çəkmək və kompakt "G-Class" istehsal etmək qərarına gəlib.

Şirkət mətbuata açıqlamasında əfsanəvi "G-Class" ailəsinin yeni, daha kiçik versiya ilə genişlənəcəyini vəd edib.

Şirkət hələ ki, avtomobilin xüsusiyyətləri ilə bağlı məlumat vermir və "G-Class"ın yeni versiyası haqqında demək olar ki, heç nə məlum deyil. /Lent.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью