Daha o gödəkçəsini geyinmir

27.11.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Nvidia”nın baş direktoru Jensen Huanq işə qayıtdıqdan sonra üslubunda gözlənilməz dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “GQ” jurnalı məlumat yayıb.

Jurnalistlər qeyd edirlər ki, vəzifəsinə qayıtdıqdan bəri Huanq ictimaiyyət qarşısında bir dəfə olsun belə, çox sevdiyi ilə tanınan, “Tom Ford” markasına məxsus o məşhur qara dəri gödəkçəsini geyinməyib.

Huanq xarakterik geyim tərzi daha sadə bir üsluba doğru dəyişib. O, indi “Dior” brendinin pambıq parça gödəkçəsini geyinir. Müzakirələrə səbəb olan işdən çıxarılma hadisəsindən sonra ofisə qayıdarkən də o, məhz bu geyimdə idi.

Redaktorlar fransız moda evinə məxsus bu gödəkçənin qiymətinin 3300 dollar olduğunu vurğulayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью