“Daha “Qarabağ”ı da saxlamaq mümkün olmayacaq O şirkət vasitəsilə də pul siləcəklər | Icma…
Icma.az, Mia.az portalına istinadən məlumat yayır. Azərbaycan futbolu ictimaiyyətə məyusluq yaşatmaqda davam edir.
Noyabrın 28-də Bakıda keçirilən qarşılaşmada “Qarabağ” Fransanın “Lion” komandasına məğlub oldu.
Hər zaman futbolsevərlər “Qarabağ”ın qələbəsindən ilhamlanırdı.
Millimizin ardından bu komandanın da məğlubiyyət sindromu yaşaması əsəbləri tarıma çəkib. Azərbaycan futbolunda nə baş verir?
Mia.az xəbər verir ki, globalinfo-ya danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, “Qarabağ”ın məğlubiyyətində qeyri-adi nəsə axtarmağa dəyməz.
Onun fikrincə, Azərbaycan çempionatının təmsilçisinin Fransanın adlı-sanlı komandasına qalib gəlməsi anormallıq sayılardı: ““Qarabağ” uzun illər Avropa klublarına qalib gəlməklə bizi bu anormallığı normallıq kimi qavramağa vadar edib.
Belə futbol təsərrüfatında, belə infrastrukturda, belə idarəçilərlə Azərbaycan klubu Avrokubokların qrup mərhələsində olmamalıdır.
Lakin olub. Özü də 10 il sərasər. Anormallıqdır… Bu 10 ildə təkcə “Qarabağ” olub futbolda.
Tam oxu
Xəbəri oxu