Daha üç boksçu mərhələ adladı

15.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu alınıb. Boksçularımızdan daha üçü çempionata qələbə ilə start veriblər.

Nihat Qasımov (55 kq) 1/16 finalda Aldit Delyu (Albaniya) ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, 1/8 finalda Doryan Kropoqla (Çexiya) döyüşəcək.

Şahin Aslanov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Boksçumuz startda Oskar Stili (Şotlandiya) mübarizədən kənarlaşdırıb – 3:0 (28:28, 29:27, 29:27, 28:28, 29:27). Milli üzvü 1/8 finalda Muhammad Ali Seferbekovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

Adil Zalova (75 kq) isə mərhələ adlamağa cəmi 2 dəqiqə 11 saniyə kifayət edib. O, ilk raundda Axillas Kaloqeridis (Yunanıstan) üzərində tam üstünlüklə qələbə qazanıb. Boksçumuz 1/8 finalda ilk mərhələdən azad olan Andrey Noviklə (Belarus) qüvvəsini sınayacaq.

Hər 3 görüş avqustun 16-da keçiriləcək.

Qeyd edək ki, çempionatın ilk günündə də millimizin 3 boksçusu qələbə qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью