Daha üç gün yağış yağacaq

19.12.2024

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 21-i səhərədək fasilələrlə davam edəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimal olunur.

Azərbaycanın şərq rayonlarında da hava şəraitinin dekabrın 20-dən 21-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью