Daha üç qurumun vəzifəli şəxsləri cərimələnib

16.11.2024

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan Mərkəzi Bankı "MJ Financial Services" və "Para" ASC-lər, eləcə də "Azpul" MMC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimələyib.
Reyting.a
z xəbər verir ki, aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "MJ Financial Services"in vəzifəli şəxsi 1 500 manat, "Para"nın vəzifəli şəxsi 2 000 manat, "Azpul"un vəzifəli şəxsi isə 6 000 manat cərimələnib.

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью