Daha ucuz yer tapan müştəri ustaya silah çəkib pulunu aldı

24.03.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Sankt-Peterburq şəhərində bir nəfər avtoservis işçilərini silahla hədələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Naximov küçəsində baş verib. Müştəri görülən işlərin pulunu verib servisi tərk etsə də, bir müddət sonra tapança ilə qayıdıb.

Silahlı müştəri eyni xidmət üçün daha ucuz yer tapıb və pulunu geri tələb edib. Buna görə də işçiləri güllələməklə hədələyib. Onlar pulu qaytarıblar və kişi naməlum istiqamətdə yoxa çıxıb.

Polis onun tutulması üçün axtarışlara başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью