Daha yalvarma mənə qaraçı nəğməsitək Aleksandr Blokun şeirləri

28.11.2025

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün görkəmli rus şair Aleksandr Blokun doğum günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

Vurğunam, aşiqəm...

Vurğunam, aşiqəm, gəncəm, cavanam,
Qəlbimdə həm arzu, həm hicran, həm qəm.
Bir yaşıl, sehirli ağcaqayınam,
Elə sənə sarı əyiləcəyəm.
Külək yarpaqların keçər üstündən,
Titrər yalvarışdan ağacın kökü.
Sənin ulduzlara baxan gözündən,
Ətirli göz yaşı axar zər kimi.
Tez-tez göy çadıra durub gələrsən,
Yuxulu günlərdə, solğun günlərdə.
Baxaram mehriban libasına mən,
Susaram heyrətli düşüncələrdə.
Sən mənə vurğunsan, mən sənə vurğun,
Sehirli gününəm, sirli ayınam.
Səninlə bilmirəm nə qəm, nə qorxu,
Səninlə bir yaşıl ağcaqayınam.

(Tərcümə: Cabir Novruz)
Bağışla

Hamıdan gözəl idin,
Hamıdan etibarlı,
Daha dil tökmə mənə
Daha yalvarma mənə.
Qaraçı nəğməsitək
Uçur ömür qatarı
Sovuşan günlərimtək
Çətin geriyə dönə.
Keçdi, getdi, ötüşdü,
Nə ki, qəlbə əzizdi.
İrəlidə naməlum yollar
Durar, bağışla.
Xeyir-dua verirəm,
Unudulmaz, əzizim
Cavanlıq nə hay verər,
Nə qayıdar, bağışla.

(Tərcümə: Eyvaz Borçalı)

Bəhram Bağırzadə sənətdən getdi - Açıqlama İz gedir Azərbaycan Tarixi Muzeyinə... - Həmid Herisçi təyyarə qəzasından yazdı "Səs” qəzeti fəaliyyətini dayandırır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью