Daha yaxşı cinsi həyatın sirri bu qidalanma tərzində imiş açıqlama | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son dövrlərdə tibb dünyasında Aralıq dənizi (Akdeniz) tərzində qidalanmanın həm kişilərdə, həm də qadınlarda cinsi funksiyanı yaxşılaşdırdığı barədə müzakirələr artıb.
Çinli alimlər tərəfindən aparılan yeni bir araşdırma göstərib ki, bu qidalanma tərzini seçən insanlar daha güclü çanaq (pelvik) əzələlərinə malik olur və nəticədə cinsi sağlamlıqları daha yaxşı səviyyədə olur.
Milli.Az xəbər verir ki, sağlam qidalanmanın bir çox xroniki xəstəliklərin qarşısını almaqda mühüm rol oynadığı artıq məlumdur.
Lakin bu dəfə alimlər pelvik disfunksiya adlanan, yəni cinsi fəaliyyət pozğunluğu və sidik qaçırma kimi problemlərlə əlaqədar qidalanmanın təsirinə diqqət yönəldiblər.
Tədqiqatçılar 31 elmi araşdırmadan əldə edilən məlumatları təhlil ediblər.
Nəticədə məlum olub ki, zeytun yağı, qoz-fındıq, az yağlı zülallar, meyvə və tərəvəz kimi antiiltihabi (anti-enflamatuar) qidalarla zəngin pəhriz qəbul edən şəxslərdə: Cinsi funksiyalar yaxşılaşıb, Sidik qaçırma simptomları azalıb.
Əksinə, ağ çörək, şəkər, doymuş yağlar və çox emal olunmuş (fast food tipli) məhsullardan ibarət pəhriz bu problemlərin riskini artırıb.
Tam oxu
Xəbəri oxu