Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rus elitaları arasında Ukrayna ilə müharibənin 2024-cü ildə başa çatmamasından yaranan narazılıq artır.
Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması bu narazılığı gücləndirib.
Bununla yanaşı, ölkə daxilində müharibədən yorğunluq hissi də artmaqdadır ki, bu da iqtisadi vəziyyətin ağırlaşması ilə bağlıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Meduza" nəşri hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.
Hökumətdən bir mənbə "Meduza"ya bildirib ki, əsas emosiyalar məyusluq və yorğunluqdur: "Ümid edirdik ki, müharibə bitəcək, hərbi əməliyyatlar dayandırılacaq.
İndi isə sanki hər gün daha dərinə batırıq. Sanksiyaların ləğvi ilə bağlı ümidlərimiz də puça çıxdı, çünki onların təsiri günü-gündən ağırla
İqtisadi narazılıq artır Rus elitalarını narahat edən əsas məsələlərdən biri ölkənin iqtisadi vəziyyətidir.