Icma.az bildirir, Fanat portalına istinadən.
DÇ-2026-nın 1/16 final mərhələsində Kolumbiya yığmasına 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandıran Qana millisinin baş məşqçisi Karluş Keyroş yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Kolumbiya oyuna daha yaxşı nəzarət edirdi. Onların ötürmələri və hərəkət intensivliyi bizi yordu. Topu geri qazanmaq və hücuma keçmək imkanlarımızı məhdudlaşdırdılar. İrəli atılmağa, qol vəziyyətləri yaratmağa çalışsaq da, son ötürmələrdə arzulanan keyfiyyət çatmadı. Fikrimcə, daha yaxşı oynayan komanda qələbə qazandı".
Toğrul