Daha yaxşı oynayan tərəf biz idik Vasili Berezutski

30.03.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə “Sumqayıt”la 3:3 hesablı heç-heçə edən "Sabah"ın baş məşqçisi Vasili Berezutski oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi belə danışıb:

"Azarkeşlər üçün çox maraqlı oyun oldu. Hər iki komanda qollar vurdu. Daha yaxşı oynayan tərəf biz idik. Amma əfsuslar olsun ki, qapımızda asan qollar gördük".

– Kubokun yarımfinal oyununu düşünərək dəyişikliklər etdiniz?
– Bəli. Bəzi oyunçularımızın mikrozədələri var idi. Onlar komanda ilə bir-iki məşq etmişdilər. Düşünürəm ki, onlar kubok matçına hazır olacaqlar. Yeri gəlmişkən, Seymurla Elgün oyunu yüksək səviyyədə keçirdilər.

– “Sabah” çox heç-heçə edir. Bu sindromu qıra biləcəksiniz?
– Səbəbini bilsəydim, deyərdim. Bu gün müdafiədə səhvlər etdik. Həmin səhvlərə görə də qollar buraxdıq. Hər oyunun öz hekayəsi var. Müdafiə planında "artırmalıyıq".

– Bu dəyişikliklər çempionatda iddianızdan əl çəkdiyiniz anlamındadır?
– Xeyr. 3-4-cü yerlər uğrunda hər oyunda mübarizə aparacağıq. Nə qədər ki, şansımız var, mücadilə edəcəyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью