Dahi Azərbaycan bəstəkarının yaradıcılıq irsinin analitik tədqiqi | Icma.az
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nailə RƏHİMBƏYLİ Sənətşünaslıq elmləri doktoru professor 2025-ci il Azərbaycanın musiqi və mədəniyyət aləmi üçün xüsusi əhəmiyyət daşıyır - bu il böyük bəstəkar, peşəkar milli musiqi məktəbinin banisi, akademik Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd olunur.
Üzeyir Hacıbəylinin zəngin yaradıcılığı Şərq musiqi ənənələrinin tarixində əsl dönüş nöqtəsi olmuşdur.
Onun fəaliyyəti xalq musiqisi ilə klassik musiqi formalarının harmonik vəhdətini yaradan bir yolun başlanğıcı sayılır.
Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan Üzeyir bəy sadəcə musiqi əsərləri yaratmaqla kifayətlənməmişdir, həm də yeni musiqi təfəkkürünün - Şərq ilə Qərbin ortaq dil tapdığı bir mədəniyyətin əsasını qoymuş maarifçi və mütəfəkkir idi.
Onun milli bəstəkarlıq məktəbinin formalaşmasında, Şərqdə opera janrının inkişafında və musiqi təhsilinin təşəkkülündə əvəzsiz xidmətləri vardır.
Bu gün Üzeyir Hacıbəylinin irsi nəinki Azərbaycan üçün, həm də ümumilikdə dünya musiqi mədəniyyəti üçün mühüm əhəmiyyət kəsb edir.
Bəstəkarın yaradıcılığı hər zaman elmin müxtəlif sahələrində aktual olmuşdur.
Tam oxu
Xəbəri oxu