Dahi Pepin planı

20.01.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klub rəhbərliyindən Rafinyanın transferi üçün “Barselona”ya təklif göndərməsini istəyib.

Futbolpress.az xəbər verir ki, Mançester təmsilçisi “katalanlar”ın futbolçunu buraxmağa razı salmaq cəhdlərinin çətin olacağını bilirlər. Qeyd olunur ki, İspaniya nəhəngi braziliyalı vinger üçün təxminən 100 milyon avro istəyə bilər.

28 yaşlı Rafinya bu mövsüm “Blauqrana”nın heyətində bütün turnirlər daxil 29 oyun keçirib, 20 qol vurub və 11 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью