Daimi Məskunlaşma Fondu yaradılacaq KONKRET

23.07.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq.

KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mənzil Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri sırasında olacaq. İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur.

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью