Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 17 sentyabr, AZƏRTAC
Respublika üzrə dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sentyabrın 17-də keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O bildirib ki, hər beş ildən bir mərkəzi və aşağı seçki komissiyalarının tərkibinin formalaşdırılması baş verir.
"Komissiya üzvləri seçilərkən onların peşəkarlıq, təhsil, təcrübə kimi kriteriyalara önəm verilir. Yeni seçilən 375 nəfərlik üzv siyahısı diqqətlə araşdırılıb. 125 dairədən cəmi 49-da üzvlərin dəyişməsi baş verib. 375 üzvdən 82 nəfəri qadındır", - deyə sədr müavini vurğulayıb.
Məsələ səsverməyə qoyularaq təsdiq edilib.
Müxbir - Günel Türksoy
Fotoqraf - Səfiyar Məcnun