Dairədə drift edib səs küy salan sürücülər kətillə qovalandılar VİDEO

08.05.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avtoxuliqanlıq edib səs-küyə səbəb olan sürücülər kətillə qovalanıblar.

Avtosfer.az xəbər verir ki, Türkiyənin Sakarya bölgəsində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Belə ki, gecə saatlarında Bağdat küçəsində iki sürücü avtomobilləri ilə dairəvi yolda drift ediblər. Evlərinin qarşısında əyləşən sakinlərdən biri səs-küydən narahat olaraq oturduğu kətili götürərək avtomobillərin arxası ilə qaçaraq zərbə endirmək istəyib. Lakin məhəllə sakinlərinin kəskin narazılığını görən sürücülər ərazini tərk ediblər.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью