Dairədə necə gəldi sürüb qəza şəraiti yaradan sürücü 77NQ531 VİDEO

03.12.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Səbail rayonunda qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 2-də saat 12:21 radələrində Badamdar şossesində qeydə alınıb. Videodan da göründüyü kimi, 77-NQ-531 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil olunmuş yolayrıcının keçilməsi qaydasını pozub. Belə ki, o, sola manevr edib və həmin zolaqdakı maşını sıxışdırıb. Bu zaman təhlükəylə üzləşən sürücü siqnal verərək ona xəbərdarlıq edib. 

Qeyd edək ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinə əsasən, 3 bal və 80 manat cəriməylə nəticələnir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью