Icma.az bildirir, Avtosfer portalına istinadən.
Abşeron rayonu, Xırdalan dairəsində yol hərəkəti qaydalarını pozan sürücü avtomobil kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 20-də səhər saatlarında qeydə alınıb. Görüntülərdən aydın olur ki, 90-GY-326 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobilin sürücüsü piyada keçidi nişanına məhəl qoymadan hərəkətini davam etdirib. Nəticədə o, yolu keçən piyadalar üçün təhlükəli vəziyyət yaradıb.
Kadrlarda həmçinin görünür ki, sürücü bununla kifayətlənməyərək hərəkətdə olduğu zolaqdan qəfil sağa manevr edib və görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq qəza riskinə səbəb olub.
Nərmin