Dairədə qayda pozan sürücü təhlükəli vəziyyət yaratdı VİDEO

30.03.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində qayda pozan sürücü kameraya düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.

Videodan görünür ki, 10-KE-499 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü dairəni tərk edərkən manevr qaydasını pozub. Belə ki, sol zolaqda hərəkətdə olan sürücü sağındakı avtomobili gözləmədən dairədən çıxıb. Nəticədə o, görüntünü qeydə alan nəqliyyat vasitəsinə təhlükə yaradıb.

Xoşbəxtlikdən, qəza riskiylə üzləşən sürücü ehtiyatlı davranaraq vaxtında dayanıb və baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısı alınıb.

Qeyd edək ki, adi yolayrıclarında sağa dönən sürücü sağ zolaqdan dönməli olduğu kimi, dairəni də yalnız sağ zolaqdan tərk etməlidir.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью