Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Nəsimi rayonu, “Ukrayna” dairəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza avqustun 18-də günorta saatlarında qeydə alınıb. Belə ki, “Ford Transit” markalı yük maşını və iki minik avtomobili toqquşub. İddialara görə, qəzaya səbəb düzgün ara məsafəsinin təyin edilməməsi olub. Hadisə nəticəsində hər üç avtomobilə maddi ziyan dəyib, xəsarət alan olmayıb. Hadisə şahidinin sözlərinə əsasən, qəzadan sonra sürücülər arasında mübahisə yaşanıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin