Dairədə yarımçıq çəkilmiş “zebra” piyadaları çətin vəziyyətdə qoyur VİDEO

20.04.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtın Xətai rayonu, Neapol dairəsində piyada keçidinin yarımçıq təşkil olunması narazılığa səbəb olub.

Bu barədə ərazidən keçən piyadalardan biri vəziyyəti lentə alaraq sosial şəbəkədə paylaşıb. Görüntülərdə yolun bir hissəsində piyada keçidi xətti çəkildiyi, lakin qarşı tərəfdə bu nişanlanmanın tamamlanmadığı əks olunur.

Nəticədə keçiddən istifadə etmək istəyən piyadalar yolun digər hissəsində nişanlama olmadığından hərəkəti davam etdirməkdə çətinlik çəkir və uzun müddət gözləməli olurlar. Bu vəziyyət həm hərəkət axınını pozur, həm də yol hərəkəti təhlükəsizliyi baxımından risk yaradır.

Qeyd edək ki, piyada keçidlərinin tam və aydın nişanlanması yol hərəkətinin təhlükəsiz təşkili üçün əsas şərtlərdən biridir. Yarımçıq və ya qeyri-müəyyən nişanlama isə piyadaların qərarvermə anını çətinləşdirərək qəza riskini artıra bilər.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью