Dakar 2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

09.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 noyabr, AZƏRTAC

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə oğlanlardan ibarət milli komandamız çempion olub.

Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, komandamızın üzvlərindən Tunar Quliyev (70 kiloqram) və Elgün Kərimli (90 kiloqram) qızıl medal qazanaraq Yeniyetmələrin Olimpiya çempionu adını qazanıblar. Nihad Süleymanlı (80 kiloqram) isə gümüş medala sahib çıxıb.

Azərbaycan komandası 70 xalla komanda hesabında birinci yeri tutub.

Gürcüstan komandası 61 xalla ikinci, Seneqal millisi isə 58 xalla üçüncü pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью