Dakar 2026: Boksçumuz yarımfinala yüksəlib

09.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 noyabr, AZƏRTAC

Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın boksçusu Gülər Hüseynova ilk görüşdə qələbə qazanaraq yarımfinala adlayıb.

Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu qələbə ilə 51 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Gülər Hüseynova ən azı bürünc medalı təmin edib.

Boks yarışlarında mükafatçıların yekun siyahısı və final döyüşləri noyabrın 12-də bəlli olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью