Dakar 2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

31.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının cüdo yarışları üzrə püşkatma mərasimi keçirilib.

Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, püşkatmanın nəticələrinə görə təmsilçimizin mümkün ilk rəqibləri müəyyənləşib. Noyabrın 1-dən 3-dək keçiriləcək yarışda 93 ölkədən 94 idmançı (46 oğlan, 48 qız) mübarizə aparacaq.

Azərbaycanı -55 kiloqram çəki dərəcəsində İbrahim Talıbov təmsil edəcək. Cüdoçumuz noyabrın 1-də yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında tatamiyə çıxacaq. 1/4 finaldan mübarizəyə başlayacaq idmançımızın ilk rəqibi İbrahim Mussa (Mərkəzi Afrika Respublikası) və Cahan Zib Tarin (Əfqanıstan) cütünün qalibi olacaq.

Qeyd edək ki, ilk yarış günü təsnifat mərhələsi Bakı vaxtı ilə saat 14:00-da, final bloku isə saat 20:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью