“Dakar” uzun fasilədən sonra Afrikaya qayıdır...

06.11.2026

Icma.az, Sia Az saytına istinadən bildirir.

Məşhur ralli Yaxın Şərqdəki müharibə səbəbindən yerini dəyişəcək...

...Məşhur “Dakar” rallisi 2027-ci ildə Afrikaya qayıdacaq. Yaxın Şərqdəki münaqişə səbəbindən təşkilatçılar tədbiri Səudiyyə Ərəbistanından başqa yerə köçürmək məcburiyyətində qalıblar.

SİA xəbər verir ki, Top Gear-ın məlumatına görə, yarış Portuqaliyada başlayacaq və marşrutun böyük hissəsi Mərakeşdən keçəcək. 49-cu Dakarın yanvarın 9-da Portuqaliyanın cənubundakı Lule şəhərində başlanması planlaşdırılır.

İştirakçılar proloqu və ilk xüsusi mərhələni Avropada başa vuracaqlar, sonra Aralıq dənizini keçəcək və yarışı Şimali Afrikada davam etdirəcəklər.

İştirakçılar Mərakeşdə 11 mərhələni başa vuracaqlar. Marşrutun ümumi uzunluğu 7824 km olacaq. Afrika qitəsində ilk bivouak ölkənin şimal-şərqindəki Buarfa şəhərində yerləşəcək.

Marşrut daha sonra Atlas dağları boyunca cənuba doğru davam edəcək. Yarışçılar istirahət gününü Aqadirdə keçirib, daha sonra səhra bölgələrinə gedəcəklər.

Finiş Mərakeşdə olacaq.

…Biz əsl “Dakar” hazırladıq, - deyə tədbirin direktoru Devid Kastera bildirib.

Sıx hazırlıq qrafikinə baxmayaraq, təşkilatçılar yarışı həmişəki kimi yüksək səviyyədə keçirməyi gözləyirlər.

Yarış üçün artıq 350 iştirakçı qeydiyyatdan keçib. 50-ci “Dakar”ın Səudiyyə Ərəbistanında qeyd olunması planlaşdırılır.

Nazlı Almuradova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью