Dakarda uğurlu start

07.11.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə Azərbaycan idmançıları mübarizəyə uğurla başlayıblar.

Futbolpress.az xəbər verir ki, 80 kq çəki dərəcəsində qüvvəsini sınayan Nihad Süleymanlı Əlcəzair təmsilçisi Kraled Kebir (4:0) və hindistanlı Xoxar Dipanşu (3:0) üzərində inamlı qələbə qazanıb.

55 kq-da çıxış edən Günel Kərimli də əvvəlcə latviyalı Anastasiya Jakovlevanı (3:2), ardınca isə qvineyalı Mariama Fula Kabanı texniki qələbə ilə üstələyib.

Noyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.

Xatırladaq ki, ölkəmizin yeganə qızıl medalını hələlik cüdo yarışlarında çempion olan İbrahim Talıbov (55 kq) qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью