Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Aktrisa Dakota Conson toy ərəfəsində "Coldplay"ın solisti, müğənni Kris Martinlə ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "People" məlumat paylaşıb.
Qeyd olunur ki, cütlük sonuncu dəfə təxminən iki həftə əvvəl Malibuda gəzinti zamanı birlikdə görüntülənib. O vaxtdan bəri onları birlikdə görməyiblər.
"Bu dəfə sondur", - deyə məlumatı ictimailəşdirən insayder bildirib.
2024-cü ildə anonim bir mənbə "Daily Mail"ə ulduzların birgə həyatlarını davam etmək qərarına gəldiyini söylədikdən sonra cütlüyün ayrılması ilə bağlı şayiələr ortaya çıxıb. Aktrisanın nikah üzüyü taxmadığı və "Coldplay"ın Avropa turunda iştirak etmədiyi bildirilib.