Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-ın Florida ştatında xəstəxanada keçirilən əməliyyat böyük qalmaqala çevrilib. Dr.
Tomas Şaknovski əməliyyat zamanı xəstə 70 yaşlı Uilyam Brayandanın dalağının əvəzinə qaraciyərini götürüb.
Sherg.az xəbər verir ki, bu səhv ölümlə nəticələnib və xəstəxana işçilərinin hadisəni ört-basdır etdiyi iddia edilib.Alabamadan Floridaya gələn Uilyam Brayan həyat yoldaşı Beverli ilə tətildə olarkən sol böyründə ağrı hiss edib.
Əvvəlcə əməliyyatdan imtina etsə də, ağrıları artdığı üçün əməliyyata razılıq verib.
Lakin əməliyyat zamanı cərrah Tomas Şaknovskinin kritik səhvə yol verdiyi məlum olub.Brayan ailəsinin dediyinə görə, xəstəxana işçiləri onun ölüm şəhadətnaməsinə və digər sənədlərə yalan məlumatlar yazaraq səhvini ört-basdır etməyə cəhd ediblər.
Ötən həftə 4 tibb bacısı ölüm səbəbi ilə bağlı yalan məlumat verdikləri üçün məhkəməyə verilib.Qalmaqaldan sonra Dr.
Şaknovskinin tibb lisenziyası dayandırılıb. Məlum olub ki, Şaknovski əvvəllər çox ciddi səhvlərə yol verib.