Dalana dirənmiş suallar və yaxud bakalavrların ETİRAZI: “DİM ikinci cəhddə… ” VİDEO

18.02.2025

Yenicag saytına istinadən Icma.az xəbər verir.

“Dövlət İmtahan Mərkəzi narazılıqları nəzərə alaraq, ikinci cəhd imtahanında çalışmalıdır ki, namizədlərə daha uyğun suallar təqdim etsinlər, onlar sualları cavablandırarkən çətinlik qarşısında qalmasınlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Mütəxəssis fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində məntiq və informatika fənləri üzrə sualların çətinliyi ilə bağlı bakalavrların narazılığına münasibət bildirib.

“Könül istər ki, riyazi məntiq sualları çox olmasın, çünki burada həm texniki, həm də humanitaryönlü ixtisasları bitirən məzunlar nəzərə alaraq, suallar təyin olunmalıdır”, – deyə ekspert bildirib.

Videonu təqdim edirik:

Cəvahir

Samir Məcidov

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью