“Dalğa Arena”da ciddi problem: Əsas meydançanın bu günə düşmə SƏBƏBİ

16.10.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Araz Naxçıvan”ın ev oyunlarını keçirdiyi “Dalğa Arena” baxımsız durumdadır. Stadionun ehtiyat meydançaları sıradan çıxıb.

Arenanın bir süni və bir təbii örtüklü meydançası var. Ancaq hazırda onlarım vəziyyəti ürəkaçan deyil. Komandalar həmin meydanlarda məşq keçə bilmir.

Bu səbəbdən də U-21 millimizin təlim-məşq toplanışını və ev oyunlarını keçirdiyi “Dalğa Arena”da güc əsas meydançaya düşür.

Yığmamız stadionun bazasında məskunlaşdığı 4-5 gündə yalnız əsas meydanda hazırlıq keçib. Hətta Şotlandiya komandasının məşqi bizlə paralel düşdüyü üçün onlar yığmamızı gözləmək məcburiyyətində qalıb.

Bu səbəbdən də “Dalğa Arena”da əsas meydança ideal vəziyyətdə deyil.Çünki yüklənmə çox olduğu üçün təbii örtük buna dözmür.

Köməkçi meydançaların nə zaman bərpa olunacağı isə bəlli deyil.

Həsən Quluzadə / İdmanxeber.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью