Dalğıclar Potomak çayına düşən təyyarənin pilot kabinəsinə daxil oldu KONKRET

30.01.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Dalğıclar Vaşinqtonda Reyqan hava limanı yaxınlığında hərbi helikopterlə toqquşmadan sonra qəzaya uğrayan “Bombardier CRJ700” sərnişin təyyarəsinin pilot kabinəsinə daxil ola biliblər.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “CBS News” məlumat yayıb.

Telekanalın məlumatına görə, təyyarənin “qara qutusu” tapılıb. “CBS News” müxbiri həmçinin bildirir ki, Potomak çayına düşən təyyarənin qalıqları 1,5-2,5 m dərinlikdə yerləşir.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью