Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Məşhur rəssam Salvador Dalinin “Apokalipsis” kitabı üçün hazırladığı bürünc üzlük Fransanın İssuar şəhərindəki Müasir İncəsənət Mərkəzindən oğurlanıb.
Axşam.az xəbər verir ki, hadisə oktyabrın 4-dən 5-nə keçən gecə baş verib. Oğurluğu kimin törətdiyi və necə həyata keçirdiyi hələlik məlum deyil.
Qeyd edək ki, “Apokalipsis” kitabı 1958-ci ildə sənət nəşriyyatçısı Jozef Fore tərəfindən hazırlanıb. Layihədə Salvador Dali ilə yanaşı, XX əsrin 14 tanınmış rəssam və yazıçısı iştirak edib. Əsər uzun illər dünyanın müxtəlif ölkələrində sərgilənib. Qızıl, qiymətli daşlar və balıqqulaqları ilə bəzədilən üzlüyün çəkisi 150 kiloqramdır.