Dallasda ağır yol qəzasında “McLaren” iki yerə bölünüb, ölənlər var

11.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

ABŞ-nin Texas ştatında “Toyota Corolla” və “McLaren” superkarının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli “Fox 4 News” bildirib.

“Dallas şəhərində baş vermiş avtomobil qəzasında lüks idman avtomobilinin iki yerə bölünməsi nəticəsində iki nəfər həlak olub”, – telekanal nəql edib.

Qeyd olunub ki, qəza bazar ertəsi günü günorta saatlarında şəhərin Leyk Haylends rayonunda olub. Müstəntiqlərə görə, “McLaren” və “Toyota Corolla” toqquşublar. “McLaren” ağaca çırpılaraq iki yerə bölünüb və içində olan iki kişinin həyatına son qoyub”, – “Fox 4 News” qeyd edib. Digər nəqliyyat vasitəsinin qadın sürücüsü isə yüngül xəsarət alıb.

Polis əlavə məlumat verməyib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью