Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
ABŞ-ın Texas ştatının Dallas şəhərində baş verən üç ayrı atışma nəticəsində azı 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” telekanalı Dallas polis rəisinin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, atışma hadisələri şənbə günündən bazara keçən gecə şəhərin müxtəlif ərazilərində baş verib. İnsidentlərin bir-biri ilə əlaqəli olmadığı bildirilir.
Polis rəisinin sözlərinə görə, yaralıların sayı arta bilər. Belə ki, hadisələrdən sonra bir neçə nəfər müstəqil şəkildə yerli xəstəxanalara müraciət edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri saxlayıblar. Hadisələrlə bağlı araşdırma başlanıb.